Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik maşını yolu keçmək istəyən 1987-ci il təvəllüdlü N.Ələsgərovu vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az