Göygöldə avtomobil piyadanı vurub

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Göygöl şəhərinin Azay Kazımov küçəsində baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1979-cu il təvəllüdlü Elçin Bağırovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir