Goyçayda yol qəzasında yanğın olub

Goyçayda avtomobil qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, Göyçay rayonu ərazisində 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi “Mercedes” və 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb. Qəzadan sonra “QAZel”də yanğın baş verib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir