Göyçay rayonunda meyit tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə martın 10-da baş verib.
Göyçay şəhər sakini 1982-ci il təvəllüdlü Emil Fərhad oğlu Babayevin meyiti şəhərin ərazisindən keçən “Göyçay” çayının kənarında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətlərinin görünmədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az