Göyçayda avtomobil piyadanı vurub.
Azinformasiya.az xəbər verir ki, dünən axşam saatlarında Ağakərim Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Göyçay şəhəri ərazisində 41 yaşlı Taleh Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
Azinformasiya.az