Göyçayda dəm qazından zəhərlənmə hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, rayonun Potu Kürd kənd sakini, 1961-ci il təvəllüdlü Süleymanova Xuraman Əmir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Sözügedən şəxs reanimasiyaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Azinformasiya.az