Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasında 10 nəfər həlak olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Baza teleqram kanalının məlumatına əsasən, təyyarə “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus olub.Rosavianın məlumatına görə, Tver vilayətində qəzaya uğrayan Embraer tipli təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.
Azinformasiya.az