Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. “VAZ 21011” ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər – 1981-ci il təvəllüdlü P.Quluzadə, 2015-ci il təvəllüdlü M.Quluzadə və 1987-ci il təvəllüdlü A.Musayev xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir