Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.
Hərəkətə olan minik maşını 1959-cu il təvəllüdlü Şahin Qasımovu vurub.
Piyada xəstəxanaya aparılakən yolda dünyasını dəyişib.
İlkin məlumata görə, Ş.Qasımovu vuran avtomobil hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az