Goranboyda yol qəzası baş verib, ölən var

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını digər avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ”ın sürücüsü, 1966-ci il təvəllüdlü Çingiz Kazımov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir