Goranboyda minik maşını aşıb, ana və övladı xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində baş verib.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1992-ci il təvəlüdlü Aynisə Məmmədova və onun azyaşlı övladının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir