Goranboyda minik maşını aşıb, 3 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində baş verib. Hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri 2005-ci il təvəllüdlü Nəsibov Əbdürrəhman, 2004-cü il təvəllüdlü Nəsibov Allahverdi və 2006-cı il təvəllüdlü Yolçuyev İbrahim müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir