Goranboyda yol nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsində baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılaraq evin həyətinə düşüb.
Qəza zamanı Ramal Mehdiyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Azinformasiya.az