Goranboyda maşın aşıb, xəsarət alan var

Goranboyda yol nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində baş verib. “VAZ “markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriıib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma apararılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir