Goranboyda iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Goranboyda iki avtomobil toqquşub, sürücünün biri ağır yaralanıb, digəri hadisə yerindən qaçıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Goranboy-Borsunlu avtomobil yolunun Veyisli kəndinin ərazisindən keçən hissəsində baş verib.

Ərəbov Əhməd Teymur oğlu idarə etdiyi “Kia Cerato” markalı avtomobillə Goranboy rayonu istiqamətində hərəkətdə olarkən, həmin istiqamətdə hərəkətdə olan Şamilov Tarzan Hadı oğlu idarə etdiyi “Ford Fusion” markalı avtomobillə toqquşması nəticəsində Əhməd Ərəbov ağır dərəcəli bədən xəsarətləri alıb. Tarzan Şamilov isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir