Goranboyda evdən 37 yaşlı kişi meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü T.Namazovun meyiti vanna otağında yaxınları tərəfindən aşkarlanıb.
Hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az