Goranboyda avtomobil piyadanı vurub

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1951-ci il təvəllüdlü Adil Ələkbərovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir