Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, qəza rayon ərazisində baş verib.
Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az