Goranboyda 43 yaşlı qadın dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1983-cü il təvəllüdlü T.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata əsasən, 43 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir