Goranboyda dəm qazından zəhərlənmə fakı qeydə alınıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan Xocalı rayon sakinləri – 1972-ci il təvəlüdlü Səlimova Xumar Bahadur qızı və 1979-cu il təvəlüdlü Səlimova Sevil Seydi qızı dəm qazından zəhərlənərək ölüblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Azinformasiya.az