Goranboy sakini dəm qazından boğularaq ölüb

Goranboyda 56 yaşlı kişi dəm qazından boğularaq ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü N. İsmayılzadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir