“Azərbaycanın xilasediciləri Türkiyənin Hatay şəhərində 26 nəfərin meyitini dağıntılar altından çıxarıb”.
Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
“Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları indiyədək Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından 53 canlı, 752 nəfərin meyitini çıxarıb. Bu gün isə mənə məruzə edildi ki, Hatay bölgəsində xilasedicilərimiz 26 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, – nazir müavini vurğulayıb.