G7 ölkələri Sudanda bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və birbaşa danışıqlara başlamağa çağırıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə G7 liderlərinin İtaliyadakı sammitin yekunlarına dair bəyanatında deyilir.
“Biz Sudanda 2023-cü ilin aprelindən bu yana davam edən hərbi əməliyyatları, o cümlədən insan hüquqlarının pozulmasını, habelə beynəlxalq humanitar hüququn pozulmasını qətiyyətlə pisləyirik. Bütün tərəflər humanitar yardımın sürətli və maneəsiz keçməsinə icazə verməlidir. Biz bütün tərəfləri bütün ölkə ərazisində hərbi əməliyyatları dərhal dayandırmağa, ciddi, birbaşa danışıqlara başlamağa, ilkin şərtlər olmadan dərhal və davamlı atəşkəs barədə razılığa gəlməyə və həyata keçirməyə dair çağırışımızı təkrar edirik”, – bəyanatda deyilir.
Azinformasiya.az