G7 ölkələri Çini Rusiyaya təzyiq göstərməyə çağırıb

Yeddilik Qrupu (G7) ölkələri Çini xüsusi hərbi əməliyyatı dayandırmaq və qoşunları Ukraynadan çıxarmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə G7 liderlərinin Xirosima sammitinin bitməsinə bir gün qalmış qəbul olunmuş birgə bəyanatında deyilir.

“Biz Çini Rusiyaya hərbi təcavüzünü dayandırması və qoşunlarını dərhal, tamamilə və qeyd-şərtsiz Ukraynadan çıxarması üçün təzyiq göstərməyə çağırırıq”, – sənəddə qeyd olunub.

Bundan başqa, G7 ölkələri Pekini “ərazi bütövlüyünə, BMT Nizamnaməsinin prinsip və məqsədlərinə, eləcə də Ukrayna ilə birbaşa dialoqa əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləməyə” çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir