Press.az saytının əməkdaşı Aygün Əlizadə koronavirusdan vəfat edib.
Azinformasiya.Az Modern.az-a istinadən xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub.
O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.
Noyabrın 8-də onu Yevlax Rayon Xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.
Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.
Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi ilə birgə vəfat edib.
Qeyd edək ki, mərhumun beş yaşlı övladı qalıb.