Gəncədə zəncirvarı qəza baş verib

Gəncədə yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ- 21099”-la “VAZ-2106” markalı minik maşını toqquşub.

Daha sonra “ VAZ-2106” yol kənarında dayanan “Mercedes“ markalı minik maşınına çırpılıb.

Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir