Gəncədə un fabrikində yanğın baş verib

Gəncə şəhərində yanğın hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən “Araboğlu” un fabrikində qeydə alınıb.

İlkin məlumatlara əsasən, yanğın fabrikin zirzəmisində başlayıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir