Gəncədə türkiyəli tələbə həmyerlisi tərəfindən başından bıçaqlanıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında baş verib.
Belə ki, ADAU yataqxanasında qalan Türkiyə vətəndaşı Bayer Kaan Ərmağan oğlu aralarında yaranmış şəxsi mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun başına bıçaq ilə vurub.
Nəticədə Ağır Hüseyn baş nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ona yardım edilib. 22 yaşlı tələbənin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az