Gəncədə ticarət mərkəzində yanğın olub

Gəncədə yanğın hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən “Xəmsə Park” ticarət mərkəzində baş verib.

Belə ki, ticarət mərkəzində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir