Gəncədə bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, 1993-cü il təvəllüdlü İ.Həsənov bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Söyüşə görə baş verən davanın bıçaqlanma ilə nəticələndiyi bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxslər taksi fəaliyyəti ilə məşğul olur.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az