Gəncədə tələbə qızlar dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata əsasən, hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir. Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata əsasən, pasiyentlərə dəm qazının toksiki təsiri diaqnozu qoyulub, vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

​​​​​​​Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir