Gəncədə dəm qazından zəhərlənmə hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü D. Qafarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata əsasən, o, yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Azinformasiya.az