Gəncədə bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. 2000-ci il təvəllüdlü Sürəyya Abbasova baş nahiyyəsindən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Sözügedən şəxsə tibbi yardım göstərilib, vəziyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qadının keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.
Azinformasiya.az