Gəncədə qadın ərini və qayınanasını bıçaqlayıb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, Daşkəsən rayon sakini 55 yaşlı N.Paşayeva və oğlu O.Paşayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ana və övladı əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədova saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Azinformasiya.az