Gəncədə qəza baş verib, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib. Hərəkətdə olan “KİA SERANTO” ilə “TOYOTA ” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra minik maşınlarından biri yoldan çıxaraq aşıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir