Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.
Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.