Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, 1965-ci il təvəllüdlü V. Hüseynov əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata əsasən, V. Hüseynova xəsarəti oğlu yetirib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az