Gəncədə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində baş verib.
Hərəkətdə olan motosikletlə minik avtomobili toqquşub. Qəzada motosikletin sürücüsü 2004-cü il təvəllüdlü H.Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az