Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən binaların birində baş verib.
Ağdaş rayon sakini 2006-cı il təvəllüdlü S.Məcidova və Şirvan şəhər sakini 2006-cı il təvəllüdlü N.Nərimanova zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal hər iki xəstəyə yardım edilib,onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata əsasən, gənc qızlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Qeyd edək ki, S.Məcidova və N Nərimanova Gəncə Dövlət Universtetin tələbələridir.
Azinformasiya.az