Gəncədə fərdi yaşayış evində yanğın baş verib

Gəncədə yanğın hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Ordubadi küçəsində baş verib.

Belə ki, sözügedən küçədə yerləşən həyat evlərinin birində anidən yanğın olub. Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir