Gəncədə fərdi yaşayış evi yanıb

Gəncədə yanğın hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Belə ki qəsəbədə yerləşən Nahidə Mehdiyevaya məxsus fərdi yaşayış evində anidən yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kv metr olan yaşayış evinin 30 kv metr hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir