Gəncədə evdə yanğın baş verib

Gəncə şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir