Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb

Gəncədə iki körpə ölümü qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu gün səhər saatlarında şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə birləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döl ilə daxil olub.

Həkimlərin səyi nəticəsində ananın həyatını xilas etmək mümkün olub, hazırda ananın vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, bu, ananın 4-cü doğuşu olub.

Digər hadisə isə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir