Gəncədə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, minik avtomobili ilə motosiklet toqquşub. Qəzada xəsarət alan motosikletin sürücüsü 1983-cü il təvəllüdlü E.Ziyadova xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, xəsarət alan şəxs motosikletlə kuryerlik edirmiş.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az