Gəncədə 78 yaşlı kişi asaraq özünü öldürüb

Gəncədə intihar hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən evdə baş verib. Orada yaşayan 1946-cı il təvəllüdlü Mübariz Teymurovun evinin həyətində özünü asaraq intihar etdiyi bildirilir. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir