Gəncədə xəstəxanada bədbəxt hadisə olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində baş verib. Şöbədə müalicə olunan 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə yıxılıb.
Xəsarət alan şəxsə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az