Gəncədə intihar hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
Belə ki, sözügedən qəsəbədə yaşayan Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü S.İmanov yaşadığı evin həyətində özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. 45 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az