Gəncədə 34 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib

Gəncə sakininə xəsarət yetirilib.

 

Azinformasiya.az  xəbər verir ki, 34 yaşlı T. Qurbanov üz və əl nahiyəsindən kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti normal olaraq qiymətləndirilir.

Araşdırma zamanı məlum olub ki, hadisəni 1985-ci il təvəllüdlü V. Yaqubov törədib. O, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir