Gəncədə bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərdə yerləşən xəstəxanalardan birinin qarşısında baş verib. 1999-cu il təvəllüdlü Z.Rzayev kürəyindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az