Gəncədə 23 yaşlı oğlan qətlə yetirilib, yeniyetmə saxlanılıb

Gəncədə qətl hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, 2003-cü il təvəllüdlü Z.Rzayev tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı Ö.T. saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir